• çərşənbə axşamı, 19 mart, 06:11
  • Baku Bakı 8°C

Bu ilin kitabını gələn ilə saxlamayın

15.01.18 13:20 894
Bu ilin kitabını gələn ilə saxlamayın
"HuffingtonPost”-un ədəbiyyat redaktoru Kler Fallon məşhur nəşriyyatların iddialı kitablarını bir yerə toplayıb. Belə ki, ilin elə ilk günlərində 2018-in sevilənlərindən olacağı iddia edilən əsərlərin nəşr tarixini açıqlayan və oxucularına bu kitabları gələn ilə saxlamadan oxumalarını tövsiyə edən redaktorun xəbəri böyük marağa səbəb olub. İl ərzində hansı ayda nəşr olunacaq hansı kitabların nəşriyyatlar tərəfindən iddialı çıxış hesab edildiyini göstərən siyahıda altmış adda nümunə yer alıb. Siyahının yerli oxucular üçün də maraq kəsb edəcəyini nəzərə alıb, ilk yarımillik üçün olan hissəsini təqdim edirik. Siyahının tam mətni ilə "huffingtonpost.com” internet ünvanından tanış ola bilərsiniz.
İlin ilk iddialı nəşri Hənif Kureyşinin "Faber&Faber”-də işıq üzü görmüş "Heç nə” ("The nothing”) romanı yanvarın ikisində rəflərdə yerini aldı. Yanvarın doqquzunda isə "Putnam” Kloe Benjaminin "Ölümsüzlər” ("The immortalists”) əsərini oxucuların ixtiyarına Verdi. Ötən il iddialı müəlliflərlə işləsə də, uğursuzluğa düçar olan "Riverhead” Tomas Pyersin "Ölümdən sonra həyat” ("The afterlives”) romanı ilə iddialı bir başlanğıca imza atdı. Yanvar ayının ikinci yarısında işıq üzü görəcək digər sanballı nümunələr isə Leni Zumasın "Qırmızı saatlar” ("Red clocks”), Mira Linin "Burada hər şey gözəldir” ("Everything here is beautiful”), Şandler Smitsin "Səma sənindir” ("The sky is yours”), "Emma Qlasın "Şaftalı” ("Peach”) romanlarıdır.
Fevral – "Ürəyin bəhrəsi” ("Heart berries” – Tereze Meylhot), "Asimmetriya” ("Asymmetry” – Lisa Hellidey), "Dost” ("The Friend” – Siqrid Nunez), "Amerikan nikahı” ("The American marriage” – Tayari Jons), "Kədər ağ quşdur” ("Sadness is a white bird” – Moriel Rotman Zeçer).
Mart – "Uzaq diyar” ("Away land” – Ramona Asubel), "Silah eşqi” ("Gun love” – Cennifer Klement), "Həyata yaxın” ("The life to come” – Mişel Kretser), "Gündəlik qorxunun hekayələri” ("Tales of everyday horror” – Melori Ortberq), "Kişilər və görünənlər” ("Men and apparitions” – Linni Tilman).
Aprel – "Qadın təlqini” ("The female persuasion” – Meq Uolitzer), "Sağalma” ("The recovering” – Lesli Ceymison), "Gör, nələr etmək olar” ("See what can be done” – Lorri Mur”), "Böyüyəcək və məni tərk edəcəksiniz” ("You all grow up and leave up” – Payper Ueys).
May – "Xoşbəxt adam” ("A lucky man” – Ceyml Brinkli), "Təcavüz təfəkkürünə siqnallar” ("Dispatches from rape culture”- Roksana Qay), "Analıq” ("Motherhood” – Şeyla Heti).
İyun – "Florida” (Lauren Qrof), "Xəstə: Laym, sevgi, xəstəlik və aludəçilik həyatı” ("Sick: The life of lyme, love, illness and addiction” – Paroçista Xakpur), "Vera Kelli kimdir?” ("Who is Vera Kelly?” – Rozali Knecht).
banner

Oxşar Xəbərlər