• şənbə, 20 Aprel, 13:32
  • Baku Bakı 23°C

Bu ilin ilk üç ayında Azərbaycana 544 min turist gəlib

07.04.17 23:30 933
Bu ilin ilk üç ayında Azərbaycana 544 min turist gəlib
"JW Marriot Absheron" hotelində "Azərbaycan-Avstriya Turizm Proqramı” Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans "Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyinə həsr olunub.
Konfrans çərçivəsində mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Azərbaycanın turizm təhsili müəssisələri dünyanın bu sahədə ən qabaqcıl təhsil sisteminə uyğun olaraq öz fəaliyyətini davam etdirir. İndi Azərbaycanda turizm təhsili sahəsində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci fəaliyyət göstərir. Yaxın vaxtlarda Qusar və Masallı rayonlarında yeni turizm peşə məktəbləri fəaliyyətə başlayacaq. Ümumilikdə isə 15 belə məktəbin yaradılması nəzərdə tutulur.
Əbülfəs Qarayev bu il ölkəmizə gələn turistlərin sayında artım olduğunu diqqətə çatdırıb: "Ötən ilin ilk üç ayı ilə müqayisədə bu ilin analoji dövründə ölkəmizə gələn xarici turistlərin sayında 24,9 faiz artım olub. Belə ki, 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Təkcə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 65 min nəfərə yaxın olub".
Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin rəsmiləri ilə yanaşı, tərəfdaş universitetlərin rəhbərlərinin və ölkəmizdə beynəlxalq proqramlar həyata keçirən ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi konfransda ötən müddət ərzində görülən işlər, reallaşdırılan layihələrdən söz açılıb, "Azərbaycan-Avstriya Turizm Proqramı”nın əhəmiyyəti vurğulanıb.
banner

Oxşar Xəbərlər