• şənbə, 20 Aprel, 10:00
  • Baku Bakı 14°C

Bu ilin 9 ayında iri qabaritli transformatorlar zavodu və digər müəssisələr istifadəyə verilib

23.10.16 23:29 1263
Bu ilin 9 ayında iri qabaritli transformatorlar zavodu və digər müəssisələr istifadəyə verilib
Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və yeni "Ağdağ” gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin "Avtovağzal” və "Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində "Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində şahmat məktəbi, Xaçmaz rayonunda Yalama Aqroparkı tikilərək istifadəyə verilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, həmin dövrdə İsmayıllı rayonunda "İSMA BİKES” velosiped istehsalı zavodu, "İsmayıllı-2” Su Elektrik Stansiyası, Qəbələ rayonunda "Qafqaz Tufandağ Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə ölkədə 2748 şagird yerlik 12 ümumtəhsil məktəb binası, 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlərin tikintisi başa çatdırılıb.
banner

Oxşar Xəbərlər