• cümə, 19 Aprel, 21:08
  • Baku Bakı 24°C

Bu ilin 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dollara yaxınlaşıb

13.09.18 12:00 440
Bu ilin 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dollara yaxınlaşıb
2018-ci ilin 8 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 480 milyon dollara yaxın olub.
Bu barədəAZƏRTAC-a Ukrayna Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2018-ci ilin hesabat dövründə Azərbaycandan Ukraynaya 199 milyon 299 min 72 dollar dəyərində məhsul ixrac olunub. Hesabat dövründə Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 277 milyon 578 min 05 dollar təşkil edib.
Qeyd edək ki, 2017-ci ildə iki ölkə arasında idxal-ixrac əməliyyatlarının həcmi 810 milyon dolları ötüb ki, bu da 2016-cı illə müqayisədə 2,4 dəfə çoxdur.
banner

Oxşar Xəbərlər