• cümə axşamı, 28 mart, 12:48
  • Baku Bakı 16°C

Bu ilin 5 ayında 351 mln. manat sığorta haqqı toplanıb

14.06.18 18:21 704
Bu ilin 5 ayında 351 mln. manat sığorta haqqı toplanıb
Bu ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350,8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 255,4 mln. manat, ödənişlər isə 69,8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95,4 mln. manat, ödənişlər isə 27,7 mln. manat olub.

2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
banner

Oxşar Xəbərlər