AZE | RUS | ENG |

Bu ilin 4 ayında qeyri-neft sektorunda istehsal 11 faiz artıb

Bu ilin 4 ayında qeyri-neft sektorunda istehsal 11 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında 15,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % çox sənaye məhsulu istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8% artıb, neft sektorunda isə 0,6% azalıb.
 
Sənaye məhsulunun 73,0%-i mədənçıxarma sektorunda, 21,9%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4% artıb, əmtəəlik qaz hasilatı isə 10,8% azalıb.
 
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6%, tikinti materiallarının istehsalı 37,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2%, geyim istehsalı 12,0%, kimya sənayesi məhsullarının istehsalı 1,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1% artmış, içkilərin istehsalı 3,6%, qida məhsullarının istehsalı 5,1%, maşın və avadanlıqların istehsalı 5,6%, kompüter, elektron və optik məhsulların istehsalı 6,1%, əczaçılıq məhsullarının istehsalı 22,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 33,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0 % azalıb.
 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7% azalıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN