AZE | RUS | ENG |

Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qurumun idarə, rayon (şəhər) şöbələrinin rəhbərlərinin, pensiya, sosial yardım və müavinət sektorları müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə Fondun direktor müavini Cavid Abdullayev 2018-ci ildə Fond tərəfindən görülən işləri, əldə olunan nailiyyətləri qeyd edib. O, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq cari ilin əvvəlindən ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.

Seminar-müşavirədə avtomatlaşdırılmış pensiya təyinatı, avtomatlaşdırmanın əhatə etmədiyi şəxslər üzrə Fondun yerli orqanlarının funksiyaları, tapşırıqların icrası vəziyyəti müzakirə olunub. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202