• cümə, 29 Mart, 02:21
  • Baku Bakı 7°C

Bu ildən Azərbaycanda ilk dəfə olaraq İşsizlikdən sığorta fondu fəaliyyətə başlayır

02.01.18 19:36 668
Bu ildən Azərbaycanda ilk dəfə olaraq İşsizlikdən sığorta fondu fəaliyyətə başlayır
Bu ildən Azərbaycanda ilk dəfə olaraq İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlayır.

"APA-Economics"in məlumatına görə, "İşsizlikdən sığortahaqqında" qanunda işsizlikdənsığortaüzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-isığortahaqqının ödənilməsini nəzərdə tutulur. Qanundasığortaödənişinin 3 növü - əsassığortaödənişi,sığortaödənişinə əlavə və minimumsığortaödənişi müəyyən edilib.

Qanunda sığortaödənişisığortastajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçininsığortastajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i,sığortastajı 5 ildən 10 ilə qədər olduqda 55%,sığortastajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıqsığortaödənişi veriləcək.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində ilk dəfə olaraq "İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb.

Aparılmış hesablamalara uyğun olaraq, 2018-ci il üçün İşsizlikdən sığortafondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1 faizi hesabı ilə müəyyənləşdirilən sığortahaqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.

2018-ci ildə İşsizlikdən sığortafondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək ki, bu da cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur. Xərclərin 40,2%-i və ya 35,8 mln. manatı həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq 8 minə yaxın ailənin bu proqramla əhatə olunmasına şərait yaradacaq.

"İşsizlikdən sığortafondunun xərclərinin 6,8 faizi və ya 6 milyon manatı peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və digər aktiv əmək bazarı tədbirləri üçün nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3,7 dəfə çoxdur. Məşğulluq orqanlarının saxlanılması xərcləri cari illə müqayisədə 1,7 dəfə artaraq İşsizlikdən sığorta fondunun xərclərinin 15,4%-ni və ya 13,7 mln. manat təşkil edəcək.
banner

Oxşar Xəbərlər