• cümə, 19 Aprel, 17:30
  • Baku Bakı 25°C

Bu il Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək

18.04.18 17:12 607
Bu il Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək
"Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədriDövlət Baxçalının növbədənkənar prezident və parlament seçkiləri keçiriliməsi ilə bağlı təklifini keçirdiyimiz görüşdə geniş müzakirə etdik”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Milliyyətçi Hərəkat Partiyasının sədriDövlət Baxçalının növbədənkənar prezident və parlament seçkilərinin keçiriliməsi ilə bağlı təklifi ilə bağlı görüşdən sonra mətbuat konfransında Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbildirib.

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi və keçən il aprelin 16-da parlament üsul-idarəsindən prezident üsul idarəsinə keçidlə bağlı referendumdan bəhs edən Ərdoğan deyib ki, Türkiyə prezidenti və baş nazir arasında fikir ayrılıqları olmaması səbəbindən idərəçilikdə ciddi problemlər qarşıya çıxmır: "Yeni idarəetmə üsuluna keçid zərurətə çevrilib.Dövlət Baxçalının təklifini partiyamızda geniş müzakirə etdik və müsbət qarşıladıq. Seçkinin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik”.

Suriyaböhranı və bölgədə təhlükəsizliklə bağlı yaranan problemlərin də Türkiyədə qeyri-müəyyənliyin aradan qaldırılmasını zəruri etdiyini bildirən R. T. Ərdoğan bu seçkinin xalq və dövlət üçün xeyirli olmasını arzulayıb.

Ərdoğan ali seçki qurumunun dərhal seçki hazırlıqlarına başlayacağını da bildirib.
banner

Oxşar Xəbərlər