Bu il Türkiyədə inflyasiyanın səviyyəsinin 14 faizdən yuxarı olacağı gözlənilir
2019-cu ildə Türkiyədə inflyasiyanın səviyyəsinin 14,6 faiz olacağı gözlənilir.
AZƏRTACxəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Murat Çetinkaya açıqlama verib.
Yaxın dövr üçün neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan bank rəhbəri bildirib ki, 2020-ci ildə Türkiyədə inflyasiyanın 8,2 faizə, bir il sonra isə 5,4 faizə düşəcəyi gözlənilir.