• çərşənbə axşamı, 23 aprel, 19:18
  • Baku Bakı 20°C

Bu il SOCAR Ceyhan limanından 14 mln. tona yaxın neft ixrac edib

01.11.17 18:40 1155
Bu il SOCAR Ceyhan limanından 14 mln. tona yaxın neft ixrac edib
SOCAR 2017-ci ilin oktyabr ayında Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac edib.

Bu barədə "APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, ümumilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 13 min 209 ton, Ceyhan limanından 13 milyon 955 min 348 ton xam neft ixrac edilib.

Qeyd edək ki,SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
banner

Oxşar Xəbərlər