• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Bu il Rusiyadan 380 min miqrant deportasiya olunub - Medvedev

06.12.13 12:48 1259
Bu il Rusiyadan 380 min miqrant deportasiya olunub - Medvedev
APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın federal televiziya kanallarına müsahibəsində baş nazir Dmitri Medvedev deyib. O bildirib ki, Rusiyaya gələn əmək miqrantları özlərini normal və sivil şəkildə aparmalıdırlar: “Onlar bizim ölkədə işləmək istəyirlərsə, rus dilini öyrənməlidirlər, Rusiya adət-ənənələrini bilməlidirlər və ən əsası, qanun çərçivəsində hərəkət etməlidirlər. Onların işləməsi üçün qanuni sənədləri olmalıdır. Bu il bütün bu sadaladıqlarıma riayət etməyən 380 min miqrant Rusiyadan deportasiya olunub”.
Jurnalistin MDB ölkələrinə viza tətbiq olunub-olunmayacağı ilə bağlı sualına baş nazir belə cavab verib: “Əgər xüsusi vəziyyət olmayacaqsa, Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etməyi planlaşdırmır. Lakin Rusiyaya gəlmək istəyən MDB vətəndaşları xarici pasport və tibbi sığortaya sahib olmalıdırlar”.
banner

Oxşar Xəbərlər