• cümə axşamı, 25 aprel, 16:45
  • Baku Bakı 23°C

Bu il qeyri-İslam dini qurumlarına 400 min manat ayrılıb

31.07.15 19:38 1529
Bu il qeyri-İslam dini qurumlarına 400 min manat ayrılıb
Bu il Azərbaycanda qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb.
APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında bildirilib ki, dövlət başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini qurumlarına ayırmalar həyata keçirilib.
Həmin vəsaitin bölgüsü zamanı Komitədə yenidən dövlət qeydiyyatından keçmiş qeyri-müsəlman təmayüllü dini qurumlar və onların təəssübkeşlərinin sayı nəzərə alınıb. Ümumilikdə qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb. Həmçinin ayrılmış maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrin qəbuluna başlanılıb və layihələrlə bağlı müvafiq ekspert rəyi verilməsi üçün Komitədə qiymətləndirmə komissiyası yaradılıb.
Hesabat dövründə qiymətləndirmə komissiyası bir qrup dini icmanın layihəsinə baxıb və müsbət rəy verdikdən sonra Komitə həmin layihələri maliyyələşdirib. Hazırda bu istiqamətdə işlər davam edir.
banner

Oxşar Xəbərlər