• çərşənbə axşamı, 23 aprel, 11:59
  • Baku Bakı 20°C

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 50 cinayət işinin istintaqı yekunlaşıb

27.04.17 12:10 639
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 50 cinayət işinin istintaqı yekunlaşıb
"Bu ilin dörd ayında Baş İdarədə 55 şəxs barəsində 50 cinayət işi istintaq olunub, məhkəmələrə verilib”.
APA-nın xəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 121 cinayət işi üzrə ibtidai istintaq aparılır.
"Bundan başqa, müxtəlif məlumatlar var. Vətəndaşların, dövlət qurumlarının müraciətləri olur. Bunlarla da bağlı ilkin, yəni cinayət işi başlanana qədər olan araşdırmalar və qabaqlayıcı tədbirlər həyata keçirilir” - deyə, K. Əliyev qeyd edib.
banner

Oxşar Xəbərlər