• cümə, 19 Aprel, 16:04
  • Baku Bakı 25°C

Bu il ilansancma ilə əlaqədar 62 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib

13.07.19 12:30 12477
Bu il ilansancma ilə əlaqədar 62 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib
Iyulun birinci ongünlüyündə ilansancma ilə əlaqədar 9 nəfər tibbi yardım almaq üçün Bakı şəhər Kiniki Tibbi Mərkəzə müraciət edib.
AZƏRTACxəbər verir ki, bu barədə Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Onun dediyinə görə, toksikologiya şöbəsində apreldə 6, mayda 21, iyunda isə 26 nəfər ilansancma ilə əlaqədar müalicə alıb. Mərkəzə üz tutan 62 zərərçəkənin hamısı sağalaraq evə qayıdıb. Təəssüf ki, regionlarda həmin hadisədən zərərçəkənlər arasında 4 ölüm hadisəsi qeydə alınıb.
İlansancma hadisəsinə Bakının Xəzər və Qaradağ rayonlarında, ölkəmizin isə aran bölgələrində daha çox rast gəlinir.
banner

Oxşar Xəbərlər