• çərşənbə, 24 Aprel, 04:56
  • Baku Bakı 14°C

Bu il hər bir Bakı sakini 179,6 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

02.11.19 15:00 1708
Bu il hər bir Bakı sakini 179,6 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
Cari ilin yanvar-sentyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4 milyard 2,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 888,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizidir.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artaraq 3 milyard 126,1 milyon manat olub.
Bu il yanvar-sentyabr aylarında hər bir şəhər sakini orta hesabla 179,6 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
banner

Oxşar Xəbərlər