• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

Bu il GUAM ölkələri arasında azad iqtisadi zona yaradıla bilər

27.03.17 16:20 901
Bu il GUAM ölkələri arasında azad iqtisadi zona yaradıla bilər
GUAM-a üzv olan ölkələrin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət rəhbərləri Azad ticarət üzrə tərəflərin hərəkətlərini koordinasiya edən işçi qrupunun yaradılması ilə bağlı protokol imzalayıblar. Həmçinin, GUAM ölkələrinin dövlət sərhədindən keçiriləcək müəyyən növ məhsul və nəqliyyat vasitələrinə gömrük prosedurlarının tanınması haqqında protokol imzalayıblar. "APA-Economics" "Unian" agentliyinə istinadən xəbər verir ki, müvafiq protokollar Kiyevdə keçirilən GUAM sammitində imzalanıb.
Ukraynanın baş naziri Vladimir Qroysmanın sözlərinə görə, təşkilata üzv olan ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər gömrük prosedurlarının sadələşdirilməsini tələb edir: "Biz bu gün gömrük orqanları arasında əməkdaşlığımızı dərinləşdirəcək sənədi imzaladıq. Təbii ki, biz azad ticarət zonasından danışarkən gömrük orqanlarının keyfiyyətli işinin qurulmasını qeyd etməliyik".
V.Qroysman əlavə edib ki, GUAM ölkələri arasında azad ticarət zonası 2017-ci ildə fəaliyyətə başlaya bilər.
banner

Oxşar Xəbərlər