AZE | RUS | ENG |

Bu il fövqəladə hadisələr nəticəsində 46 nəfər ölüb

Bu il fövqəladə hadisələr nəticəsində 46 nəfər ölüb
Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
 
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 2018-ci ilin I rübü ərzində respublika ərazisində 1488 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2017-cı ilin I rübü ilə müqayisədə 781 hadisə və ya 34% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 26 nəfər xilas edilib, 343 nəfər təxliyə olunub.
 
Bu ilin I rübü ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2017-ci ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 32% azdır. Partlayışlar zamanı 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
 
2018-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə  operativ olaraq 1429  çıxış edilib. Yanğın hadisələri zamanı 43 nəfər ölüb, 31 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar  üzrə 19 nəfər və ya 79% çox, xəsarət alanlar üzrə 33 nəfər və ya 52% azdır. Yanğınların söndürülməsi zamanı 25 nəfər xilas edilib, 329  nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000