• cümə axşamı, 25 aprel, 15:44
  • Baku Bakı 23°C

Bu il ekranlaşdırılacaq romanlar

12.02.18 16:50 1012
Bu il ekranlaşdırılacaq romanlar
Romanların ekranlaşdırıldığı layihələrin əksər hallarda uğurlu və uzunömürlü olması bu tendensiyanı hələ uzun müddət dəbdə saxlayacaq kimi görünür. Belə ki, bu il də sevilən bestseller romanların ekran əsərləri gözümüzü və zövqümüzü oxşamağa iddialıdır. "New-York Times”-ın xəbərinə görə, artıq serial və film süjetlərinin əsas xəttini təşkil edəcək əsərlərin adları da yavaş-yavaş açıqlanmağa başlayıb. Ölkəmizdə romanların ekran versiyalarına maraq isə xüsusilə böyükdür. Kinoteatrlarda məhz bu əsərlərin böyük auditoriya tərəfindən izlənməsi faktı da bunun sübutudur. Odur ki, dərginin paylaşdığı siyahının bir hissəsini kino və ədəbiyyat sevənlər üçün təqdim edirik.
· Rejissor Ues Bollun Ceyms Daşnerə dünya şöhrəti gətirən "Sonuncu etiraz” ("Death cure”)romanı əsasında çəkdiyi eyniadlı silsilənin üçüncü hissəsi bu il izləyicilərin ixtiyarına veriləcək.
· E.L.Ceymsi sıradan ev qadınından dünyanın bestseller yazarına çevirən "Bozun əlli çaları” ("Fifty shades of grey”) romanı əsasında çəkilən silsilənin üçüncü hissəsi"Azadlığın əlli çaları” ("Fifty shades freed”) sevgililər günündə Ceymi Dornan və Dakota Consonu yenidən sevənləri ilə görüşdürəcək.
· Cef Vander Miyer "Yoxolma” ("Southern Reach”) trilogiyası ilə bütün həyatı dəyişmiş yazarlardandır. Romanın ilk hissəsi əsasında çəkilən ekran əsərinin isə müəllifin sərvətinə sərvət qatacağı proqnozlaşdırılır. Mart ayında nümayişi gözlənilən "Tarimar” ("Annihilation”) adlı filmin baş rollarında Natali Portman, Tessa Tomson, Cennifer Ceyson, Oskar İsak, Gina Rodrigez kimi ulduzlar çıxış edəcək.
· Rejissor Maykl Sussi bu dəfə Devid Levithanın "Hər gün” ("Every day”) əsərinin ekran versiyası üçün kamera arxasına keçib. Fevralın 23-də premyerası gözlənilən filmin baş rollarını Maria Bello, Anqorui Rays və Debbi Ryan paylaşır.
banner

Oxşar Xəbərlər