• cümə, 19 Aprel, 20:12
  • Baku Bakı 24°C

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

12.04.19 11:30 508
Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.
DSMF-dən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 mln. manat) artaraq 1276,8 mln. manat olub.

İşləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9 faiz (65,3 mln. manat) artaraq, 573,5 mln. manat təşkil edib.
Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması da diqqətdə saxlanılır. Həmin istiqamətdə görülən işlərin nəticəsi olaraq, Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 mln. manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 42,6 mln. manat çoxdur.

banner

Oxşar Xəbərlər