• şənbə, 20 Aprel, 15:36
  • Baku Bakı 23°C

Bu il Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək

18.07.18 12:20 693
Bu il Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək
Sentyabrın 27-də qeyd ediləcək Dünya Turizm Günü "Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunacaq.
AZƏRTACDünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, builki tədbirə Macarıstan ev sahibliyi edəcək. Macarıstan qədim tarixi, zəngin təbii ehtiyatları olan ölkədir. Bu ölkə kurortları, gölləri, termal suları, mədəniyyət və tarixi abidələri, mətbəxi, qastronomiyası ilə turistləri cəlb edir. Təsadüfi deyil ki, 2017-ci ildə Macarıstanda beynəlxalq turistlərin sayı 16 milyon olub. Habelə Dünya Turizm Gününün builki mövzusu ölkənin müasir həyatı ilə səsləşir.
banner

Oxşar Xəbərlər