Bu il diri çəkidə 39,4 min ton quş əti istehsal olunub
Bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 39,4 min ton (keçən il 38,0 min ton) quş əti və 338,9 milyon ədəd (keçən il 382,0 milyon ədəd) yumurta istehsal olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 9760,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 99 ədəd yumurta alınıb.