AZE | RUS | ENG |

Bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək

Bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək
Ramazan ayı ilə əlaqədar tövsiyələrimiz ondan ibarətdir ki, ənənəvi dini qaydalara əməl edilsin. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı hazırlanır və buna uyğun da fəaliyyət göstərilir. Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir:

"Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün tələblərə riayət olunmalıdır. Bizim Komitənin əsas vəzifəsi verilən fətva və qayda qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir”.
M.Qurbanlı monitorinqlərin keçiriləcəyini də vurğulayıb: "Təbii ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək. Ümumiyyətlə hər həftənin cümə günü məscidlərdə Komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görülür və lazımi addımlar atırıq”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933