• cümə, 26 Aprel, 10:31
  • Baku Bakı 12°C

Bu il də doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayını üstələdi

14.07.18 11:55 540
Bu il də doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayını üstələdi
Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub.
Trend Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.
Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.
Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
banner

Oxşar Xəbərlər