• cümə, 29 Mart, 15:20
  • Baku Bakı 14°C

Bu il daha 6400-dən çox vərəsə birdəfəlik ödəmə ilə təmin ediləcək

17.01.19 11:08 659
Bu il daha 6400-dən çox vərəsə birdəfəlik ödəmə ilə təmin ediləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinə uyğun olaraq 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb.
Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.
Nazirlikdən verilən məlumata görə, həmçinin ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq isə ötən ilin sonunadək artıq 3 097 şəhid hərbi qulluqçunun 4 190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 mln. manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək.
Ünvanlı dövlət sosial yardım proqramının icrasında ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36 854 ailə) azalaraq 42 683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 mln.manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 mln. vəsait xərclənib
Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən isə, 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.
banner

Oxşar Xəbərlər