• cümə axşamı, 18 aprel, 19:37
  • Baku Bakı 21°C

Bu il Beyləqan və İmişlidə 230 hektar sahədə meyvə bağları salınacaq

13.08.17 11:00 1570
Bu il Beyləqan və İmişlidə 230 hektar sahədə meyvə bağları salınacaq
Bu il Beyləqan və İmişli rayonları ərazisində 230 hektar sahədə meyvə bağları salınacaq.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası MüəssisəsindənAZƏRTAC-a bildiriblər ki, artıq yaz mövsümündə 30 min nar və ərik tingi əkilib. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 0,30 hektarda Qafqaz xurması, 0,05 hektarda badam, 0,40 hektarda tut toxumu səpilib. Kökləndirmək üçün 3,7 hektarda 185 min nar qələmi basdırılıb. 500 kiloqram müxtəlif meyvələrin toxumu tədarük edilib.
Payız mövsümündə nar, gavalı, xurma, ərik, alça, badam, tut və sair meyvə ağacları əkiləcək.
banner

Oxşar Xəbərlər