• şənbə, 20 Aprel, 19:15
  • Baku Bakı 24°C

Bu il Azərbaycanın büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək - BVF

09.06.15 11:54 1469
Bu il Azərbaycanın büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək - BVF
2015-ci ildə Azərbaycanın dövlət büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.
O bildirib ki, BVF-nin proqnozuna əsasən, cari hesab profisiti ÜDM-nin 5,5 faizinədək enəcək, büdcədə isə təqribən ÜDM-nin 6 faizi səviyyəsində kəsir yaranacaq: “Neftin qiyməti aşağı enərsə və ya bank sisteminin devalvasiyadan sonra yaşadığı stress gözləniləndən daha geniş olarsa, ÜDM-nin kəskin və ehtimal ki, davamlı enişinin qarşısını almaq mümkün olmayacaq”.
banner

Oxşar Xəbərlər