• cümə axşamı, 25 aprel, 09:23
  • Baku Bakı 14°C

Bu il Azərbaycanda yol qəzalarının sayı azalıb

10.07.15 18:37 1354
Bu il Azərbaycanda yol qəzalarının sayı azalıb
Bu il yol qəzasında ölənlərin sayı keçən ilə nisbətən 14,1 faiz azalıb. Bu barədə daxili işlər nazirinin müavini Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.
O qeyd edib ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb. Hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların aşkarlanmasının yaxşılaşması olub. Belə ki, 2014-cü ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb.
Ümumən, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 1.168.906 protokol tərtib olunub, nəticədə 1.106.973 nəfər cərimələnib, 2.192 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 19.931 şəxsə isə xəbərdarlıq edilib.
banner

Oxşar Xəbərlər