• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

Bu il Azərbaycanda məişət zorakılığı ilə bağlı 558 cinayət qeydə alınıb

16.08.18 18:15 469
Bu il Azərbaycanda məişət zorakılığı ilə bağlı 558 cinayət qeydə alınıb
Bu il Azərbaycanda məişət zorakılığı ilə bağlı 558 cinayət hadisəsi qeydə alınıb.
Bu barədə "Report"aDövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu,ötən ilin müvafiq dövrünün göstəricisindən 1,6 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 10,0 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 7,0 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 89,8 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 4,8 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,2 faizi özünü öldürmə həddinə çatdırma, 2,0 faizi isə digər cinayətlərə aiddir.
Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 2017-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 16,4 faiz azalaraq 575 nəfər olub ki, onların da 77,7 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.
banner

Oxşar Xəbərlər