AZE | RUS | ENG |

Bu il Azərbaycanda iki toxum təmizləmə zavodu istifadəyə veriləcək

Bu il Azərbaycanda iki toxum təmizləmə zavodu istifadəyə veriləcək
"Bu il Azərbaycanda iki toxum təmizləmə zavodunun istifadəyə verilməsi planlaşdırılır".
 
"APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.
 
Onun sözlərinə görə, bu gün Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında Toxum Fondu fəaliyyət göstərir: "Artıq toxum təmizlə zavodlarında işlərin 60-70%-i demək olar ki, tamamlanıb. Həmin zavodlardan biri Xaçmazda, digəri isə Şəkidə yerləşir. Zavodda texnologiya xətlərinin quraşdırılması üzrə işlər davam etdirilir. Bu zavodlar beynəlxalq təcrübədən yararlanaraq toxumçuluğun inkişafına müsbət töhfəsini verəcək”.
 
M. Əliyev bildirib ki, bu zavodlarda ilkin olaraq strateji məhsullara üstünlük veriləcək: "Dövlət büdcəsindən daha üç zavodun tikintisi üçün vəsait ayrılıb. Bu zavodlar inşa edildikcə və onların sayları artdıqca, təbii ki, digər toxumçuluq sahələrinə də köməklik göstərəcəyik.". 
 
Nazirlik rəsmisi bildirib ki, hazırda Tərəvəzçilik İnstitutunda çox vacib layihə həyata keçirilir: "Bu layihə tərəvəz toxumçuluğunun inkişafı ilə bağlıdır. Beynəlxalq təcrübəyə əsaslanaraq burada ram yenilənmiş laboratoriya, istixanalar, eyni zamanda  tərəvəz toxumlarının istehsalı və emalı üçün xüsusi zavod tikilir. Zavodun ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu zavodda  İsrail təcrübəsindən istifadə ediləcək. Bu zavodlar mərhələli şəkildə tikilib istifadəyə verildikdən sonra ölkəmiz toxumçuluq ixracatçısı ölkə olacaq”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000