AZE | RUS | ENG |

Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb

Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 50 milyard 875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.
ÜDM istehsalının 43,6 faizi sənayenin, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,0 faizi tikintinin, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manata bərabər olub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873