• cümə axşamı, 28 mart, 19:12
  • Baku Bakı 13°C

Bu il Azərbaycanda 9,4 milyon ton neft və 7 milyard kubmetrədək qaz hasil edilib

18.04.17 13:40 924
Bu il Azərbaycanda 9,4 milyon ton neft və 7 milyard kubmetrədək qaz hasil edilib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9 milyon 464,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 6 milyard 954,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 4 milyard 789,4 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, bu il ölkədə neft hasilatı 9,9 faiz azalıb, qaz hasilatı isə 0,9 faiz artıb. İlin birinci rübündə Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7,2 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 7,9 faiz azalıb.
banner

Oxşar Xəbərlər