AZE | RUS | ENG |


Bu il Azərbaycanda 31,3 mlrd. manatlıq ümumi daxili məhsul istehsal edilib

Bu il Azərbaycanda 31,3 mlrd. manatlıq ümumi daxili məhsul istehsal edilib
Bu ilin birinci yarısında ölkədə 31 mlrd. 310,6 mln. manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% artıb, neft-qaz bölməsində isə 6,6% azalıb.
 
Ümumi daxili məhsulun 13 mlrd. 195,2 mln. manatı sənayedə, 3 mlrd. 414,6 mln. manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 2 mlrd. 536,8 mln. manatı tikintidə, 2 mlrd. 249,6 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 1 mlrd. 559,9 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 mln. manatı informasiya və rabitə sahələrində, 4 mlrd. 711,7 mln. manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2 mlrd. 247,8 mln. manat təşkil edib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002