• cümə, 29 Mart, 12:08
  • Baku Bakı 14°C

Bu il Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir

27.07.16 16:50 1312
Bu il Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir
İlkin proqnozlara görə, cari ildə Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran CümşüdovAZƏRTAC-a müsahibəsində bildirib ki, Dövlət Statistika Komitəsinin iyulun 25-nə olan məlumatına əsasən, 961555 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 929939 hektarı biçilib, 2764849 ton məhsul istehsal edilib. Məhsuldarlıq hər hektardan orta hesabla 29,7 sentner olub. Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, keçən illə müqayisədə məhsuldarlıq 0,8 faiz çoxdur. Cəmi biçiləcək 590659 hektar buğda sahəsinin isə 572539 hektarı biçilib və 1804994 ton məhsul əldə edilib. Burada isə məhsuldarlıq 31,5 sentner təşkil edib. Bu da keçən illə müqayisədə 0,2 faiz çoxdur.
"İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur”, - deyə İ.Cümşüdov qeyd edib.
banner

Oxşar Xəbərlər