• cümə, 29 Mart, 13:06
  • Baku Bakı 14°C

Bu il az çəkili və ya qüsurlarla doğulmuş 500-ə qədər körpə hospitalizasiya edilib

07.08.17 11:15 1246
Bu il az çəkili və ya qüsurlarla doğulmuş 500-ə qədər körpə hospitalizasiya edilib
Bu ilin 6 ayıərzində təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilibvə onlar müvafiq xəstəxanalara yerləşdiriliblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olubki, bunlardan da 3 nəfəri uşaqdır və 30 halda hospitalizasiya icra edilib.
Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub.
Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.
banner

Oxşar Xəbərlər