• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

Bu il avtoqəzalarda xəsarət alanların sayı artıb

12.09.17 14:00 952
Bu il avtoqəzalarda xəsarət alanların sayı artıb
"Bu il avtoqəza zamanı xəsarət alanların sayı 1587 nəfər təşkil edib. Onlardan 1393 nəfəri hospitalizasiya edilərək xəstəxanalara yerləşdirilib”.

APA-nın xəbərinə görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Murad Mirzəzadə bildirib ki, bu sayda keçən illə müqayisədə artım qeydə alınıb. M.Mirzəzadə qeyd edib ki, həmin artım cüzidir.

Onun sözlərinə görə, ümumilikdə sutka ərzində təcili yardıma 2000 çağırış daxil olur və onlara 138 briqada tərəfindən yardım göstərilir. M.Mirzəzadə qeyd edib ki, bu gün təcili tibbi yardım briqadaları paytaxtda qeydiyyatda olan əhalinin sayına uyğundur: "Əgər ölkənin digər yerlərindən paytaxta gələnlər qeydiyyata düşsə, onlara lazımi yardım göstərmək mümkün olar. Çox zaman əhalinin yaşadığı ünvanları düzgün bildirməməsi, özləri barədə məlumat vermək istəməmələri sonradan müxtəlif problemlər yaradır. Bu gün təcili yardım göstərilməsi üçün lazımi qədər dərman ehtiyatı, avadanlıqlar, sanitar maşınlar var”.

Baş həkimin müavini çox zaman təcili yardıma gedən həkimlərin , tibb bacıları, sürücülərin döyülməsi hallarının baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu kimi vəziyyətlər adətən təcili yardımın gecikməsi hallarında qeydə alınır: "Gecikmə halları isə vətəndaşlar ünvanı düzgün vermədikdə qeydə alınır. Əhali arasında bununla bağlı məlumatlandırma çox azdır. Vətəndaşlar bilməlidirlər ki, həkim hansısa sualı verəndə orada müəyyən məntiq var. Həkimin yaxınları sualı cavablandırmaqdan imtina edərək onun əvəzində xəstənin təcili xəstəxanaya çatdırılmasını tələb edir, olmadıqda isə müxtəlif təzyiqlər göstərilir. Təcili yardım həkimləri təzyiqə məruz qalır, döyülür və ya təhqir edilir”.

banner

Oxşar Xəbərlər