• çərşənbə, 24 Aprel, 06:36
  • Baku Bakı 13°C

Bu il 89 veb-resursa haker müdaxiləsi qeydə alınıb

29.12.18 16:58 597
Bu il 89 veb-resursa haker müdaxiləsi qeydə alınıb
CYBERO Kibertəhlükəsizlik Mərkəzi 2018-ci il üzrə .az zonası üzrə kiberhücumların monitorinqini apararaq onların analizini aparıb.
Trend-in məlumatına görə, əldə edilən məlumatlar əsasında aparılan monitorinqə əsasən 2018-ci il ərzində ".az" zonalı internet informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 89 veb-resursa haker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.
Hücum olunan veb-resursların analizi göstərir ki, onların 25-i informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 54-ü isə server sazlamalarının düzgün qurulmaması nəticəsində hakerlərin hədəfinə çevriliblər. Analizlər eyni zamanda bu ver-resursların 12-sinin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazimi tədbirlərin görülməməsi faktını ortaya çıxarıb.
Hücum həyata keçirilən saytların host olunmasının ölkələr üzrə 10%-i Azərbaycan, 40%-i ABŞ, 15%-i Almaniya, 10%-i Rusiya, 10%-i Türkiyə, 15%-i isə digər ölkələrin payına düşür.
Hücumların 68%-nin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq "CYBERO" bir daha "shared hosting” istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir!
banner

Oxşar Xəbərlər