Bu il 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn qeydə alınıb.
"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə 1202 nəfər isə Azərbaycandan gedib.
Beləliklə, miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.