• cümə axşamı, 28 mart, 20:28
  • Baku Bakı 13°C

Bu il 193 nəfər İİV-ə yoluxub, 16 nəfər ölüb

18.05.18 11:55 582
Bu il 193 nəfər İİV-ə yoluxub, 16 nəfər ölüb
"Bu ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 193 nəfər təşkil edib. Onlardan 188-i Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir".
APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib. O bildirib ki, qeydiyyata alınmış 188 Azərbaycan vətəndaşından 123-ü kişi, 65-i qadındır: "Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. Bu ilin 4 ayında İİV infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub".
E. Muradov qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşlarından 23 nəfəri parenteral kontakt, 89 nəfəri heteroseksual kontakt, 10 nəfəri homoseksual kontakt, 2 nəfəri anadan uşağa ötürülməklə İİV-ə yoluxub, 64 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir.
banner

Oxşar Xəbərlər