• şənbə, 20 Aprel, 13:17
  • Baku Bakı 23°C

Bu il 1-ci sinfə 138 min şagird gedəcək

30.05.14 10:16 1210
Bu il 1-ci sinfə 138 min şagird gedəcək
2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118 206, XI siniflərini 86 797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27 729, XI sinif üzrə isə 20 411 şagird məzun olacaq.
2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138 000 nəfərdir.
Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91 484 şagird bitirib.
banner

Oxşar Xəbərlər