• çərşənbə, 24 Aprel, 00:42
  • Baku Bakı 14°C

Bu həftə hava necə olacaq?

13.01.14 08:30 2546
Bu həftə hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, yanvarın 13-də axşam şimal və qərb rayonlarında başlayaraq, eləcə də ayın 14-də bəzi yerlərdə yağıntılı hava şəraiti olacaq.
Dağlıq rayonlarada isə qar yağacağı ehtimalı var. Paytaxtda yanvarın 14-də hava şəraitinin buludlu olacağı, yarmadanın bəzi yerlərində isə yağıntılı olacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu tədricən 3- 4 dərəcə aşağı enərək günorta saatlarında 8 dərəcə isti müşahidə olunacaq.
Mütəxəssis qeyd edir ki, şimal və qərb rayonlarından başlayaraq ayın 13-dən hava şəraiti dəyişərək yağıntılı olacaq. Eləcə də yanvarın 14-ü gün ərizində digər bölgələrimizdə də yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu bir qədər aşağı enəcək, mərkəzi aran rayonlarında günorta saatlarında 5-10 dərəcə isti, dağlarda isə günorta saatlarında 0-5 dərəcə isti qeydə alınacaq. Yanvarın 15-də gündüz saatlarından başlayaraq hava şəraitinin nibətən mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırırlır.
Yanvarın 12-13-də meteroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. Lakin 14-də hava şəraitinin bir qədər yağıntılı olması, eləcə də şimal küləyinin güclənməsi meteohəssas insalarda diskomfort hissi yaradacaq.
banner

Oxşar Xəbərlər