• cümə axşamı, 28 mart, 23:48
  • Baku Bakı 13°C

Bu günədək "Tax free"dən yararlanan xarici turistlərə 1 mln. manatdan çox vəsait qaytarılıb

16.03.17 13:00 667
Bu günədək "Tax free"dən yararlanan xarici turistlərə 1 mln. manatdan çox vəsait qaytarılıb
"Hazırda Azərbaycan ərazisində 254 obyekt "Tax free" sistemi ilə əhatə olunub".APA-nın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda tətbiq olunan "Tax free" sistemi daha rahat və effektivdir.
"İyul ayından bu günə qədər əlavə dəyər vergisinin (ƏDV) qaytarılması ilə bağlı verilən fakturaların sayı 6863-ə çatıb. Əməliyyatların ümumi məbləği 12 milyon manatdan artıqdır. Bu günə qədər 1 milyondan artıq vəsaiti xarici ölkə vətəndaşlarına qaytarılıb", - deyə nazir müavini bildirib.
banner

Oxşar Xəbərlər