• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Bu günədək "Şahdəniz-1" üzrə Gürcüstan və Türkiyəyə ümumilikdə 53 mlrd. kubmetr qaz nəql olunub

02.06.17 12:30 1183
Bu günədək "Şahdəniz-1" üzrə Gürcüstan və Türkiyəyə ümumilikdə 53 mlrd. kubmetr qaz nəql olunub
İşlənmə başlayandan bu ilin iyunun 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri Gürcüstan 6,3 mlrd. kubmetr, Türkiyəyə isə 46,5 mlrd. kubmetr qaz nəql edilib. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, hazırda hər gün Gürcüstana orta hesabla 2,3 mln. kubmetr, Türkiyəyə isə gündəlik olaraq 18,5 mln. kubmetr qaz verilir.
Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarətdir.
banner

Oxşar Xəbərlər