• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

Bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb

07.07.19 09:45 531
Bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb
Respublika ərazisində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyulun 6-na olan operativ məlumata görə, ölkə ərazisində 871 488 hektar ərazidə taxıl biçini aparılıb, 330 288 hektar ərazidə arpa, 541 200 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 768 652 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16 036 hektar sahənin 15 830 hektarı artıq biçilib, buğda əkilmiş 20 039 hektar sahənin 17 840 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,6 s/ha təşkil edir. Şəki ərazisində arpa əkilmiş 21 626,3 hektar sahənin 21 580 hektarı artıq biçilib, buğda əkilmiş 45 962 hektar sahənin 38930 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 34,3 s/ha, buğda üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
banner

Oxşar Xəbərlər