AZE | RUS | ENG |

Bu günədək 265 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb

Bu günədək 265 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb
"Qaçqın və məcburi köçkünlər üçün indiyə kimi 3,3 milyon kvadrat metr yaşayış sahəsi olan 98 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bu günədək 52 min ailə, yaxud 265 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb".
 
APA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2,4 milyard manat vəsait sərf olunub: "Bu vəsaitin 2,1 milyardı Dövlət Neft Fondunun vəsaitidir".

F. Hüseynov qeyd edib ki, son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün isə 6,6 milyard manat vəsait sərf edilib. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217