• çərşənbə, 24 Aprel, 02:17
  • Baku Bakı 14°C

Bu günədək 120963,5 hektar ərazidə taxıl biçini aparılıb

07.06.19 15:00 518
Bu günədək 120963,5 hektar ərazidə taxıl biçini aparılıb
Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 6777793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənAZƏRTAC-a bildiriblər ki, iyunun 7-nə olan operativ məlumata görə, ölkə ərazisində 120963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119001,5 hektar ərazidə arpa, 1962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 351958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Ən fəal biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmiş ərazilərdə aparılır. Kürdəmir rayonunda 29926 hektar arpa sahəsinin 26937 hektarı artıq biçilib. Neftçalada 21590 hektar, Biləsuvarda 10360 hektar, Sabirabadda 6136 hektar, Cəlilabadda 3620 hektar, sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
banner

Oxşar Xəbərlər