AZE | RUS | ENG |

Bu gündən Azərbaycanda peyvəndləmə işlərinə başlanılıb

Bu gündən Azərbaycanda peyvəndləmə işlərinə başlanılıb
Bu gündən etibarən Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində peyvəndləmə işlərinə başlanılıb. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, Avropa İmmunlaşdırma Həftəsi 24-30 aprel tarixlərində keçiriləcək. A.Əliyeva əlavə edib ki, bu il qızılca və məxmərəyə qarşı ölkəyə 160 min vaksin gətirilib: "Vaksinlər mart ayı ərzində respublikanın bütün region və şəhərlərinə paylanılıb. Dünənə qədər respublika üzrə 110 min insana təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində vaksin vurulub". Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən Avropa İmmunlaşdırma Həftəsi keçirilir. Hər il peyvənddən kənarda qalan 5-10 minə yaxın insan vaksinasiyaya cəlb olunur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805