• şənbə, 20 Aprel, 06:57
  • Baku Bakı 14°C

Bu gün yol polisi 5 min nəfəri cərimələyib - Açıqlama

26.10.16 19:00 806
Bu gün yol polisi 5 min nəfəri cərimələyib - Açıqlama
Azərbaycanda bir gündə yol-hərəkəti qaydalarını pozan sürücülərin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 5918 sürücünü cərimələyib. Qurumdan bildirilib ki, oktyabrın 25-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2796 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib. Ölkənin avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, doqquz nəfər xəsarət alıb.
banner

Oxşar Xəbərlər