• cümə, 29 Mart, 19:41
  • Baku Bakı 14°C

Bu gün voleybol üzrə Avropa çempionatının ilk dörddəbir finalçıları müəyyənləşəcək

24.09.17 16:14 1613
Bu gün voleybol üzrə Avropa çempionatının ilk dörddəbir finalçıları müəyyənləşəcək
Bu gün Azərbaycan və Gürcüstanda qadın voleybolu üzrə Avropa çempionatının üçüncü yarış günü keçirilir.
Trend-in məlumatına görə, üçüncü yarış günü iki qrupda dörddəbir finalçılar məlum olacaq. A qrupunda Azərbaycan yığması qrupun lideri Polşa ilə, Almaniya təmsilçiləri isə Macarıstan yığması ilə görüşəcək.
B qrupunda son oyunlar baş tutacaq. Oyunlar nəticəsində dörddəbir finalçı və pley-off raunduna keçəcək iki komanda müəyyənləşəcək.
C qrupunda bir oyun keçiriləcək. Türkiyə yığması ilə Bolqarıstan qarşılaşacaq. D qrupunda isə Serbiya - Belçika, Çexiya - Hollandiya oyunları keçiriləcək.
banner

Oxşar Xəbərlər