AZE | RUS | ENG |

Bu gün UEFA Millətlər Liqasının ikinci turuna start veriləcək

Bu gün UEFA Millətlər Liqasının ikinci turuna start veriləcək
Sentyabrın 9-da UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının ikinci turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, ikinci turun açılış oyunu "B” liqasının 2-ci qrupunda yer alan Ukrayna və Slovakiya yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. İlk turda Andrey Şevçenkonun yetirmələri Çexiya millisini səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. Slovakiya seçməsinin isə UEFA Millətlər Liqasında ilk oyunu olacaq.

Günün ən maraqla gözlənilən matçı "A” liqasında baş tutacaq. Rusiyada keçirilən dünya çempionatının qalibi olan Fransa yığması doğma meydanda Hollandiya komandası ilə üz-üzə gələcək. Qarşılaşma 22:45-də başlayacaq.

"C” liqasının 3-ci qrupunda yer alan Bolqarıstan yığması Norveç seçməsini qəbul edəcək. Qrupun digər oyununda Sloveniya millisi səfərdə Kipr yığmasının qonağı olacaq. Bu qrupun ilk turunda Norveç doğma meydanda Kipr millisini (2:0), Bolqarıstan seçməsi isə Sloveniya yığmasını səfərdə məğlub ediblər (2:1).

Azərbaycan millisini yer aldığı "D” liqasının 4-ci qrupunda Makedoniya yığması Ermənistan seçməsini, Lixtenşteyn millisi isə Cəbəllütariq komandasını qəbul edəcəklər. Bu qrupun ilk turunda Makedoniya yığması Cəbəllütariq seçməsini səfərdə (2:0), Ermənistan isə öz meydanında Lixtenşteyn millisini məğlub ediblər (2:1). Həmin liqanın 1-ci qrupunda Latviya millisi Gürcüstan seçməsinin qonağı olacaq.

"B” liqasının 4-ci qrupunda Danimarka millisi Uels yığmasını qəbul edəcək.

Xatırladaq ki, "D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib. Azərbaycan seçməsi növbəti oyununu sentyabrın 10-da səfərdə Malta yığmasına qarşı keçirəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000